Heqiqet.Az » sou » “Eurovision”a bilet satışı dayandırıldı - Şübhəli məqamlar var


“Eurovision”a bilet satışı dayandırıldı - Şübhəli məqamlar var

4-03-2019, 15:23
Çap et
“Eurovision”a bilet satışı dayandırıldı - Şübhəli məqamlar var Təşkilatçılar “Eurovision” mahnı müsabiqəsinə bilet satışını dayandırıblar.
Bu barədə müsabiqənin keçirilməsinə cavabdeh olan İsrailin “Kan” teleradio korporasiyası açıqlama yayıb.
Açıqlamada bildirilir ki, bu addımın atılmasının səbəbi müsabiqənin keçiriləcəyi zalda yüzlərlə yaxşı yerin yerli tanınmış şəxslər arasında bölüşdürülməsinə dair şübhələrin yaranmasıdır.
Korporasiya vəd edib ki, araşdırmalar pozuntuları üzə çıxarsa, biletləri açıq satışa qaytaracaq.
Bir müddət əvvəl İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan da polisə “Eurovison” müsabiqəsinin biletlərinin satışında fırıldaqçılığın qarşısının alınması barədə göstəriş verib.
Qeyd edək ki, bu il “Eurovision” mahnı müsabiqəsi mayın 14-18-də Təl-Əvivdə keçiriləcək.
Reytinq: