Heqiqet.Az » hadise » Bakıda zərgərlik mağazalarından qeyri-adi üsulla oğurluq edən şəxs tutulub


Bakıda zərgərlik mağazalarından qeyri-adi üsulla oğurluq edən şəxs tutulub

6-03-2019, 14:20
Çap et
Bakıda zərgərlik mağazalarından qeyri-adi üsulla oğurluq edən şəxs tutulub Bakıda bir ay ərzində bir neçə zərgərlik mağazasından oğurluq edən şəxs yaxalanıb.
Mərkəzi Univermaq (MUM) və Moskva Univermağından qızıl-zinət əşyaları oğurlayan şəxs 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimov Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, şahidlərin sözlərinə görə, M.Əbdürrəhimov qızıl-zinət əşyaları satılan mağazalarla əlaqə saxlayaraq seçdiyi bir neçə brilyant qaşlı boyunbağını evinə çatdırmağı xahiş edirmiş. Kuryer ünvana çatdıqda isə oğru kirayə götürdüyü avtomobillə təyin etdiyi ünvana gəlirmiş. Qızıl məmulatları ondan götürərək əvəzində maşının açarlarını verir, kuryerdən avtomobildə əyləşməyi xahiş edirmiş və bildirirmiş ki, zinət əşyalarını həyat yoldaşına göstərib qayıdır. Ancaq saatlar keçsə də, M.Əbdürrəhimov geri qayıtmırmış.
Hazırda zərərçəkmiş şəxslər polis bölməsinə dəvət olunublar.
Reytinq: