Heqiqet.Az » tehsil » Baş nazirdən ali məktəblərlə bağlı QƏRAR


Baş nazirdən ali məktəblərlə bağlı QƏRAR

22-04-2015, 18:10
Çap et
Baş nazirdən ali məktəblərlə bağlı QƏRAR
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib. Heqiqet.az-ın məlumatına görə, bu barədə baş nazir Artur Rasizadə qərar verib. Qərara əsasən, Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edəcək.
Bundan başqa, dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər tədris ili üzrə təkliflərini hər il fevralın 1-dək (bu müddət indiyədək aprelin 1-dək idi) Təhsil Nazirliyinə təqdim ediləcək.
Qərarda o da bildirilir ki, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı rezidenturaya da şamil olunacaq.
Reytinq: