Heqiqet.Az » sou » Sibel Can yenidən Bakıda - Oğlu ilə gəldi


Sibel Can yenidən Bakıda - Oğlu ilə gəldi

7-03-2019, 17:35
Çap et
Sibel Can yenidən Bakıda - Oğlu ilə gəldi Türkiyənin tanınmış müğənnisi Sibel Can növbəti dəfə ölkəmizdə qonaq olub.
Tanınmış ifaçı hava limanında jurnalistlərin suallarını cavablandırıb. O, növbəti dəfə paytaxtımızda olduğu üçün məmnunluq hissi keçirdiyini deyib:
"Uzun bir aradan sonra yenidən Azərbaycana gəldim. Çoxdan bura gəlmək, konsert vermək fikrim var idi. Qismət bu günə imiş. Onsuz da mən sizlərdən biriyəm, bu elin qızıyam. Oğlum Engin Can da mənimlə gəldi. Bu onun bura ilk səfəridir. O, çox istəyirdi ki, buranı görsün. Ona görə də özümü çox xoşbəxt hiss edirəm. Konsertdən bir gün qabaq bura gəlməyim yaxşı oldu. Çünki gəzmək imkanım olacaq. Amma əvvəllər bura konsert günü gəlirdim. Konsert bitən kimi də Türkiyəyə qayıdırdım. Çox təşəkkür edirəm, sabah hər kəsi konsertdə gözləyəcəm".
Qeyd edək ki, Sibel Can bu gün Bakının tarixi yerlərini, muzeylərini və bir çox görməli məkanlarını gəzəcək.
İfaçı sabah 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakı Konqres Mərkəzində konsert verəcək.

Reytinq: