Heqiqet.Az » siyaset » İlham Əliyev VII Qlobal Bakı Forumun açılışında iştirak edir


İlham Əliyev VII Qlobal Bakı Forumun açılışında iştirak edir

14-03-2019, 12:07
Çap et
İlham Əliyev VII Qlobal Bakı Forumun açılışında iştirak edir Martın 14-də Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Əvvəlcə birgə foto çəkdirilib.
Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.
Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.
Reytinq: