Fransa hökuməti “sarı jiletlilər”lə bacara bilmir18-03-2019, 12:42
Çap et Bunu "sarı jiletlilər”in 16 martda keçirdikləri növbəti etiraz aksiyasına münasibətdə Fransanın baş naziri Eduard Filip bəyan edib. "Ötən axşamkı (şənbə günü) hadisələrin analizi sübut edir ki, ölkədə zorakılığın və qanun pozuntularının qarşısının alınması üçün qəbul edilən tədbirlər yetərli olmadı”, – deyə Filip vurğulayıb. Qeyd edək ki, "sarı jiletlilər” aksiyasının 30 mindən çox iştirakçısı martın 16-da paytaxt Paris və Fransanın digər əyalətlərində küçələrə çıxaraq sayca 18-ci etiraz aksiyası keçiriblər. Onlar bahalı mağazaların vitrinlərini dağıdıb, qəzet köşklərini, avtomobilləri və məşhur fransız restoranını yandırıblar. Polisin aksiya iştirakçılarına qarşı travmatik tapança, su şırnağı və gözyaşardıcı qaz tətbiq etməsi nəticəsində 60-dan çox etirazçı xəsarət alıb. Fransa prezidenti Emmanuel Makron bildirib ki, "sarı jiletlilər”in etdikləri artıq aksiya çərçivəsindən kənara çıxır və etirazçıların məqsədi ölkəni məhv etməkdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
