Heqiqet.Az » dunya » İranda daşqınlar daha 2 nəfəri öldürdü, 4 nəfər itkin düşdü


İranda daşqınlar daha 2 nəfəri öldürdü, 4 nəfər itkin düşdü

27-03-2019, 11:00
Çap et
İranda daşqınlar daha 2 nəfəri öldürdü, 4 nəfər itkin düşdü İranın Gülüstan vilayətində Gümüşan və Türkmən şəhərləri arasında qayıq aşıb.
Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.
M.Xalidinin sözlərinə görə, ötən gecə motorlu qayığın aşması nəticəsində 24 sərnişindən 2-si həlak olub, 4 nəfər itkin düşüb.
Təşkilat rəsmisi əlavə edib ki, 18 nəfər xilas olub.
Qeyd edək ki, ötən gün İranın Gülüstan vilayətində Gümüşan və Siminşəhr şəhərlərinin daşqınlar təhlükəsi səbəbi ilə boşaldılmasına göstəriş verilib.
Reytinq: