Ölkədəki hemofiliyalı xəstələrin sayı AÇIQLANDI11-04-2019, 14:29
Çap et “Hemofiliya xəstəliyinin əlamətləri, demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt yenidoğulmuşun 4-5-ci gününə qədər özünü büruzə verir. Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir”.Bu barədə “Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı” mövzusunda keçirilən mətbuat konfransında bildirilib. Qeyd olunub ki, xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaq və əzələlərə tez-tez qan axması nəticəsində əlillik vəziyyətinə düşə bilirlər. Tədbirdə qeyd olunub ki, dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır. Azərbaycanda isə 1633 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var. Dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölüm hallarının sayı azalır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Hemofiliya xəstəliyinin əlamətləri, demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt yenidoğulmuşun 4-5-ci gününə qədər özünü büruzə verir. Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir”.