Heqiqet.Az » idman » “Barselona”nın baş məşqçisi: “Biz onlardan qorxmuruq”


“Barselona”nın baş məşqçisi: “Biz onlardan qorxmuruq”

17-04-2019, 10:18
Çap et
“Barselona”nın baş məşqçisi: “Biz onlardan qorxmuruq” Çemponlar Liqasında "Mançester Yunayted”i ilk oyunda 1-0 hesabı ilə məğlub edən "Barselona”da baş məşqçi Ernesto Valverde revanş qarşılaşması öncəsində açıqlamalarverib.
Valverde belə deyib: "Çempionlar Liqasında son 4 rəqib meydanındakı oyunlarının 3-nü qazandılar. ”Yuventus” və "PSJ”yə son dəqiqələrdə qalib gəldilər, yəni çətin rəqiblə oynayacağımızı bilirik. Meydanda iki yaxşı komanda olacaq, amma biz onlardan qorxmuruq, sadəcə bizdə böyük bir həyəcan var”.
Lionel Messinin 2013-cü ildən bəri 1/4 final oyunlarında qol vura bilməməsi haqqında da qisa danışan Valverde belə deyib: "Statistikalar gələcəklə bağlı deyil, keçmiş haqqında məlumat verir və bu hamıya aiddir”.
Reytinq: