Heqiqet.Az » tehsil » Heydər Əliyev zəkasının qüdrəti


Heydər Əliyev zəkasının qüdrəti

18-04-2019, 15:40
Çap et
Heydər Əliyev zəkasının qüdrəti Həşimova Olqa Petrovna,
Bakı Xoreoqrafiya Akademiyası Kollecinin
direktor müavini,
baş müəllim



Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə tüğyan edən qarşıdurmanın, xaos və anarxiyanın, vətəndaş müharibəsinin qarşısı alındı. Ölkədəki hərc-mərcliyə, özbaşınalığa son qoyuldu, cəbhədə atəşkəsə nail olundu, müstəqil, milli ordu quruculuğu həyata keçirildi.
Bütün qanunsuz silahlı birləşmələr tərksilah olundu. Məhz Heydər Əliyev zəkasının qüdrəti ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Hər bir sahədə idarəçilik qayda-qanunları bərqərar oldu. Təhsildə islahatlar həyata keçirilməyə başladı. Eləcə də böyük neft müqavilələri imzalandı. Bütün bunlar respublikamızı dünyada tanıtdı, ən iri dövlətlərin rəhbərləri möhtərəm Heydər Əliyev siyasəti, onun dəyərli məsləhətləri ilə razılaşdı.
Bu gün biz fəxr edirik ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində də uğurlar qazanılır, yeni-yeni məktəblər istifadəyə verilir. Həmçinin, yeni yollar çəkilir, quruculuq və abadlıq işləri aparılır, Azərbaycan haqqında əsl həqiqətlər dünyaya çatdırılır. 1993-cü ilin həmin gərgin vaxtlarında, müstəqilliyimizin təhlükə altında qaldığı bir zamanda hamımızın ümid dolu baxışları Naxçıvana dikilmişdi. Həmin illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri işləyən Heydər Əliyev xalqın təkidli tələbləri qarşısında qalmışdı. Xalq tələb edirdi ki, beynəlxalq aləmdə öz siyasi nüfuzu ilə tanmmış, qəlbi həmişə doğma vətəni və onun vətəndaşları ilə döyünən Heydər Əliyev Azərbaycanı düşdüyü bəlalardan xilas etmək üçün siyasi hakimiyyətə gəlsin. Heydər Əliyev xalqının səsinə səs verərək yenidən hakimiyyətə qayıtdı. Bu, tarixi qayıdış idi. Bu qısa tarix olsa da, o vaxtdan ölkə üçün tarixi baxımdan çox böyük əhəmiyyətli işlər görülmüşdür. Məhv olmuş iqtisadiyyatın dirçəldilməsi, beynəlxalq aləmlə əlaqələrin gücləndirilməsi və ən əsası vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısının alınması Azərbaycanı yüksək inkişaf yoluna istiqamətləndirdi. Elmin, təhsilin, səhiyyənin inkişaf etdirilməsi, kənd təsərrüfatında əsaslı dönüş yaradılaraq islahatların həyata keçirilməsi ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə xidmət edirdi. Heydər Əliyev yolunun layiqli davamçısı olan İlham Əliyevin də Azərbaycanın inkişafı naminə gördüyü işlər hamısı göz qabağındadır. İstər siyasətdə, istərsə də digər sahələrdə qazanılan uğurlu nəticələr respublikamızı beynəlxalq miqyasda daha yaxından tanıtmağa xidmət edir.
Təhsil sahəsində apardığı uğurlu layihələri ilə ölkə başçımız bir tarix salnaməsi yaratdı. Çünki təhsil hər birimizin gələcəyidir. O işıqlı gələcək təhsillə bağlı yolun başlanğıc nöqtəsidir

P.S.: Ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, xalqa və dövlətə layiqli xidmətləri nəzərə alınaraq, Həşimova Olqa Petrovna “Həqiqət.az” saytı tərəfindən “Sadiq Heydərçi” diplomuna layiq görülüb.
Bu münasibətlə onu təbrik edir və işlərində müvəffəqiyyətlər arzulayırıq.
Reytinq: