Heqiqet.Az » dunya » Rusiya bütün Ukraynanı işğal edəcək? - Kravçukdan PROQNOZ


Rusiya bütün Ukraynanı işğal edəcək? - Kravçukdan PROQNOZ

19-04-2019, 10:45
Çap et
Rusiya bütün Ukraynanı işğal edəcək? - Kravçukdan PROQNOZ Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlamayacaq.
Bu haqda Ukraynanın birinci prezidenti (1991-1994) Leonid Kravçuk "112 Ukrayna” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskva dövlətlərin sərhədində hərbi gücü nümayiş etdirərək Ukraynanı qorxutmağa çalışır.
"Biz müharibəylə qorxutmaq lazım deyil, müharibə" gedir”, - o qeyd edib.
Xatırladaq ki, Kravçuk yanvarda da oxşar bəyanatla çıxış edib. O vurğulayıb ki, bütün Ukraynanı işğal etmək üçün Rusiyanın hərbi gücü çatacaq, ancaq onda Rusiya lideri Vladimir Putin öz büdcəsinin böyük hissəsini xərcləməli olacaq.
2018-ci ilin dekabrında isə keçmiş prezident iddia edirdi ki, Ukraynanın işğalı halında, Rusiya bir il ərzində mövcud olmayacaq.
Reytinq: