Heqiqet.Az » hadise » Metroda sevgilisini al qana bulayanan şəxslə bağlı YENİLİK


Metroda sevgilisini al qana bulayanan şəxslə bağlı YENİLİK

19-04-2019, 11:23
Çap et
Metroda sevgilisini al qana bulayanan şəxslə bağlı YENİLİK Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
V. Abdullayevin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.
Qeyd edək ki, hadisə sentyabrın 4-də ötən il Metropoliteninin "Nəsimi" stansiyasında baş verib. 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızını bıçaqlayan 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb.
Məlumatda bildirilir ki V.Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Reytinq: