Heqiqet.Az » sosial » «Həzrəti-Rüqəyyə (ə)» - ictimai-dini baxışda


«Həzrəti-Rüqəyyə (ə)» - ictimai-dini baxışda

19-04-2019, 17:09
Çap et
«Həzrəti-Rüqəyyə (ə)» - ictimai-dini baxışda İstedadlı din xadimi, 1-ci qrup Qarabağ müharibəsi əlili Həsən Hüseyni öz prizmasında dini ictimaiyyətlə eyni müstəvidə tutur, bu tələbləri eyni rakursda cilalayır. Onun 2018-ci ildə «Ekoprint» mətbəəsində işıq üzü görmüş «Həzrəti-Rüqəyyə (ə)» kitabı bu dediklərimizə əyani sübutdur. Kitabda Əhli-Beytə müraciət edilmiş, İmam Hüseynin kiçik qızı Həzrəti-Rüqiyyə (ə) haqqında yazılı mənbələrə toxunulmuşdur. Kitabda müəllifin dini-elmi və ədəbi bilik səviyyəsi, Əhli-Beytə olan sonsuz sevgisi də əsas arqument kimi diqqət çəkir.
«Həzrəti-Rüqəyyə (ə)» - ictimai-dini baxışda
Kitabda «Qurani-Kərim»in «isra» surəsinin siması, bu surənin fəziləti, xanım Həzrəti-Rüqəyyə (ə)nin həyatı barədə fikirləri, Kərbəla əsirlərinin ən ağır müsibəti faktları, Həzrəti-Rüqəyyə (ə)nin kəramətləri, İmam Səccadin (ə) Şamdakı xütbəsi və s. barədə tutarlı, maraq kəsb edən fikirlər yer alıb, oxucu üçün dini-ictimai məna kəsb edən həqiqətlər barədə təhlillər aparılıb. Bütün bunlar Həsən Hüseynin bu sahədə mükəmməl biliyə və faktlara nail olmasını, onun dini sahədəki biliklərini təsdiqləyir. Oxucu aşkar görür ki, müəllif təkcə hadisələri sıralamır, həm də aydın şərh verir, unudulmuş şəxsiyyətləri bir daha bu cəmiyyətə tanıdır və sevdirir.
Kitab dini-ictimai mənaları ilə maraq kəsb edir, müəllifin cəmiyyətə sevgisini özündə əks etdirir.

«Həzrəti-Rüqəyyə (ə)» - ictimai-dini baxışda
Ağaverdiyev Nadir Əli-İkrəm oğlu
Reytinq: