» » Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır


Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır

1-05-2019, 12:59
Çap et
Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır ABŞ-ın Texas ştatının sakini cekpot qazanıb. Amma uduşu götürməyə gecikib.
Steyşn şəhərində yaşayan kişinin "QuickPick” lotereyasında bəxti gətirib. Altı rəqəmi düzgün tapan texaslı 2 milyon dollar udub. Qəribədir ki, o, uduş üçün lotereya komissiyasına vaxtında müraciət etməyib.
Komissiyadan deyirlər ki, pulu uzağı aprelin 25-də götürmək lazım idi. Amma qalib təyinat yerinə yaxınlaşmayıb. 1 milyon dollar udan başqa bir adam isə vaxtın bitməsinə bir neçə saat qalmış uduşu götürüb.
Pulun taleyi müəyyənləşib. 2 milyon dollar ştatın inkişafına sərf olunacaq.
Reytinq: