Heqiqet.Az » dunya » Nazir: İraq OPEC-in qərarı olmadan neft hasilatını artırmayacaq


Nazir: İraq OPEC-in qərarı olmadan neft hasilatını artırmayacaq

6-05-2019, 12:56
Çap et
Nazir: İraq OPEC-in qərarı olmadan neft hasilatını artırmayacaq İraq Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarı olmadan neft hasilatını artırmayacaq.
Bu barədə İraqın neft naziri Thamer Ghadhban deyib.
"İraq neft istehsalını artırmaq üçün birtərəfli qərar qəbul etməyəcək. OPEC üzrə hasilatın azaldılmasına dair sazişə sadiqik və potensial tədarük çatışmazlığını kompensasiya etmək üçün istehsalın artırılmasına dair birtərəfli qərar verməyəcəyik. Bu saziş neftin qiymətinə dəstək oldu və qlobal neft bazarına inamı bərpa etdi”, - deyə o əlavə edib.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, yanvardan etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Sazişin müddəti iyunda başa çatır. OPEC iyunda keçirəcəyi iclasda neft hasilatının azaldılmasına dair sazişin müddətini ilin sonunadək artırmağı nəzərdə tutur.
Reytinq: