Gömrükçülər avtomobildə mobil telefonlar aşkarlayıb7-05-2019, 10:56
Çap et Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz ML 320" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq sol oturacağının altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy J4+", 2 ədəd "Samsung Galaxy A6" və 1 ədəd "Samsung Galaxy J6" markalı mobil telefonlar, 8 ədəd qidalandırıcı başlıq, 10 ədəd USB kabel, 4 ədəd "qulaqlıq" və 14 ədəd mobil telefon üçün qutu aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz ML 320" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.