Heqiqet.Az » iqtisadiyyat » Azərbaycanda tütünçülük sahəsində məhsuldarlıq 12 min tona çatdırılacaq


Azərbaycanda tütünçülük sahəsində məhsuldarlıq 12 min tona çatdırılacaq

7-05-2019, 10:58
Çap et
Azərbaycanda tütünçülük sahəsində məhsuldarlıq 12 min tona çatdırılacaq Azərbaycan tütünçülük sahəsində 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2016-cı ildə ümumilikdə ölkə ərazisində istehsal olunan 3,5 min ton xam tütün məhsulunun 2,2 min tonu ixrac olunub, 2018-ci ildə isə istehsal olunan 6,3 min ton xam tütün məhsulunun 4,1 min tonu ixrac olunub.
Mərkəzdən verilən məlumatda qeyd olunur ki, Azexport.az internet portalı vasitəsi ilə xam tütün məhsulları üzrə daxil olan sorğularda artım müşahidə olunur. 2019-cu ilin başlaması ilə əksər dünya ölkələrində xam tütün məhsullarının aksiz vergilərinə 20-45%-lik artım tətbiq olunub. Bu da öz növbəsində istehsalçıları məhsulların maya dəyərinin qorunması məqsədi ilə xammal alışı üçün yeni bazarlar axtarışına vadar edib.
Reytinq: