Heqiqet.Az » hadise » Bakıda qəribə oğru tutuldu: Yalnız günortalar, səliqəli şəkildə...


Bakıda qəribə oğru tutuldu: Yalnız günortalar, səliqəli şəkildə...

8-05-2019, 19:10
Çap et
Bakıda qəribə oğru tutuldu: Yalnız günortalar, səliqəli şəkildə... Bakının Xətai rayonu ərazisində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Emin Cabbarov saxlanılıb. O, ifadəsində Xətaidə dörd, Yasamal rayonunda isə birmənzildən oğurluq etdiyini bildirib. E.Cabbarov günorta - ev sahiblərinin işdə olduğu saatlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb.
Saxlanılan şəxs ifadəsində qeyd edib ki, oğurluqlar zamanı ev sahiblərini şübhələndirməmək üçün məzildə qiymətli əşyalar axtararkən ətrafı dağıtmayıb. Səliqəli şəkildə mənzili axtaran E.Cabbarov pul və qızılı götürəndən sonra hadisə yerlərindən uzaqlaşırmış. Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Reytinq: