Heqiqet.Az » siyaset » Lavrovla ATƏT-in baş katibi arasında Dağlıq Qarabağla bağlı müzakirələrin təfərrüatları açıqlanıb


Lavrovla ATƏT-in baş katibi arasında Dağlıq Qarabağla bağlı müzakirələrin təfərrüatları açıqlanıb

8-05-2019, 19:24
Çap et
Lavrovla ATƏT-in baş katibi arasında Dağlıq Qarabağla bağlı müzakirələrin təfərrüatları açıqlanıb ATƏT-in baş katibi Tomas Qremingerin xahişi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu aprelin 15-i Moskvada baş tutmuş Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü və görüşlə əlaqədar bəyanat barədə məlumatlandırıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Moskva görüşlərinin yekunlarına əsasən qeyd olunduğu kimi, Azərbaycan və Ermənistanın humanitar sahədə qarşılıqlı fəaliyyətin təşkil olunması perspektivlərində marağı vurğulanıb:
“Söhbət münaqişə zonasında stabilləşmə ilə bağlı addımlardan, xüsusilə də kənd təsərrüfatı işləri zamanı atılacaq addımlardan, ölkələrin ərazilərində əsirlikdə saxlanan şəxslərin yaxınlarının görüşə buraxılması imkanları və insanlar arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkol olunması üzrə işə başlamağa hazırlıqdan gedir. Qreminger öz növbəsində ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstəyini davam etdirmək niyyətini təsdiq edib”.
Xatırladaq ki, S.Lavrovla T.Qreminger arasında görüş aprelin 24-də Moskvada keçirilib.
Reytinq: