Heqiqet.Az » sou » Fərda Xudaverdiyevlə rəqqasə Fatimə Fataliyeva arasında anlaşılmazlıq olub


Fərda Xudaverdiyevlə rəqqasə Fatimə Fataliyeva arasında anlaşılmazlıq olub

4-05-2015, 14:09
Çap et
Fərda Xudaverdiyevlə rəqqasə Fatimə Fataliyeva arasında anlaşılmazlıq olub
Tanınmış azərbaycanlı aktyor Fərda Xudaverdiyevlə rəqqasə Fatimə Fataliyeva arasında anlaşılmazlıq olub. Bu barədə "Top kimi" şouda Fərda danışıb. O, rəqqasənin ünvanına bu sözləri deyib: “Mənə söz verdi ki, səni Şahrux Xan obrazında klipə çəkəcəyəm. Bir də gördüm ki, mənim əvəzimə müğənni Ramal İsrafilovu çəkib. Bütün ziyarətgahları dizin-dizin süründüm. Allaha qurban olum, klip heç efirə də getmədi (gülür)".
Aktyor daha sonra verilişdə qonaq olan digər rəqqasə Oksana Rəsulovaya müraciət edib: “Fatimənin layihəsi alınmadı. Amma bu layihəni sən etsən, nə olar. Gəlib oynayaram”.
O.Rəsulova isə Fərdaya cavab olaraq “bilirsiniz, belə bir layihələr heç mənim marağımda deyil. Fərda, inşalah, mən səninlə bir layihədə aktyor və aktrisa kimi rol alarıq. Düşünürəm ki, hazırda rejissorlar bizi izləyir, kontraktdan filandan hazırlasınlar.

Reytinq: