» » Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi


Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi

20-05-2019, 15:23
Çap et
Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb.
Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda keçirilən tədbirdə deyib.
G.Kərimov qeyd edib: “Həmin işlərdən 17 307-sini inzibati işlər təşkil edir, 5 mini iqtisadi işlərdir. Ötən il Azərbaycanda birinci instansiyada 12 539 cinayət işinə baxılıb. Onlardan 10 172-si ittiham hökmü ilə nəticələnib, 89-u isə bəraətlə bitib"
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda davamlı islahatlar həyata keçirilir: “Misal üçün son bir neçə ili götürsək, 2017-ci ildə İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, 2018-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasını nəzərdə tutan fərmanın imzalanması, Dövlət Turizm Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin yaradılması və digər tədbirlər məhz Azərbaycanda biznes mühitinin müasirləşdirilməsi, dövlət orqanları ilə sahibkarların münasibətlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. 2018-ci ildə aparılmış islahatların hamısı növbəti addımlar üçün zəmin yaradıb. Növbəti addım isə bu gün müzakirə etdiyimiz məhkəmə-hüquq sahəsində görülən işlərdir”.
G.Kərimov qeyd edib ki, Prezident İlham Əliyev məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi ilə bağlı imzalanan fərman sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.
Reytinq: