Heqiqet.Az » medeniyyet » Bürhan Novruzlu Rusiyanın Rostov şəhərində keçirilən beynəlxalq instrumental musiqi müsabiqəsinin “Qran-pri”sini qazandı


Bürhan Novruzlu Rusiyanın Rostov şəhərində keçirilən beynəlxalq instrumental musiqi müsabiqəsinin “Qran-pri”sini qazandı

22-05-2019, 10:23
Çap et
Bürhan Novruzlu Rusiyanın Rostov şəhərində keçirilən beynəlxalq instrumental musiqi müsabiqəsinin “Qran-pri”sini qazandı
Həyat bir uğurun dalınca başqa bir uğurun başlamasıdır. İstəsək də, istəməsək də, bu, belə bir tendensiya ilə xarakterizə olunur. Bəzən babadan ataya, atadan da oğula keçən irsi keyfiyyətlər sonradan özünü aydın göstərir. Bu mənada, mərhum Novruz Novruzlunun ata-babadan götürdüyü həyat keyfiyyətləri də onun bir vətəndaş kimi yetişə bilməsində önəmli rol oynayıb.
Eləcə də, bu gün mərhum Novruz Novruzlunun övladı Bürhan atasından əxz etdiyi ali keyfiyyətləri öz istedadının parlaq səhifələrində əks etdirib, layiqli bir vətəndaş kimi yetişə bilib. Bugünlərdə o, Rusiyanın Rostov şəhərində keçirilən beynəlxalq instrumental musiqi müsabiqəsinin “Qran-pri”sini almaqla bir daha sübut edib ki, uğur da, yüksəliş də irsi olaraq gendən gəlir.
Mərhum Novruz “baba”nın sehrli səsi və nəfəsi indi də Bürhanın skripkasında, barmaqlarının ecazında səslənir. Yəqin ki, Novruz Novruzlunun ruhu övladının bu uğuruna şad olub. Əlbəttə, ruhun ehtişamı bir həyat hücrəsi içində baş verənlərə şahidlik edir. Bürhanın uğuru da atasının ruhuna rahatlıq bəxş edib.
Bürhan, səni bu yüksək uğurun münasibətilə təbrik edir, gözəl gələcək, bir-birindən parlaq qələbələr arzulayırıq. Sən atandan sonra ananın qayğısı altında, atalı günlərə həsrət duyğularla ömür yaşamısan. Sənə “əhsən!” deyirik bir də ona görə ki, ananın zəhmətini, çəkdiyi əzabı öz parlaq uğurunla çiçəyə qərq etmisən. Qoy tale səni bundan sonra da yüksək pillələrə çəksin! Qazanacağın hər bir uğur atanın - mərhum Novruz Novruzlunun ata qəlbinin ən dərin çaları kimi mənalanacaq.
Səni Allah qorusun! Hər qələbən bizim sevinc payımızdır!

İlkin Əzizxanoğlu
Reytinq: