Heqiqet.Az » medeniyyet » Afaq Bəşirqızıdan GÖZLƏNİLƏN ADDIM - "Toya bir gün qalmış"


Afaq Bəşirqızıdan GÖZLƏNİLƏN ADDIM - "Toya bir gün qalmış"

23-05-2019, 17:30
Çap et
Afaq Bəşirqızıdan GÖZLƏNİLƏN ADDIM - "Toya bir gün qalmış" Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə iyunun 5-də Qəbələdə qastrol səfərində olacaq.
Bu barədə Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezidentin fəxri təqaüdçüsü, Xalq artisti Afaq Bəşirqızı məlumat verib.
Teatr iyunun 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək.
Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.
2015-ci ildən teatrın repertuarına daxil olan və hər dəfə uğurlu nümayişi ilə yaddaşlarda qalan bu tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Qeyd edək ki, saat 19:00-da başlanacaq tamaşanın biletləri artıq satışdadır.
Reytinq: