Heqiqet.Az » hadise » İstirahət mərkəzinin avadanlıqları hərraca çıxarılacaq - SƏBƏB


İstirahət mərkəzinin avadanlıqları hərraca çıxarılacaq - SƏBƏB

23-05-2019, 17:34
Çap et
İstirahət mərkəzinin avadanlıqları hərraca çıxarılacaq - SƏBƏB Şirvan İnzibati-İqtisadi Məhkəməsidə Azərbaycan Respublikasının Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin "Nur M.Q" MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iddia tələbinə dair işə baxılıb.
ONA-nın xəbərinə görə, hakim Orxan İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin olunub.
Qeyd edək ki, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi cavabdeh «Nur M.Q» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.10.2018-ci il tarixə dövlət büdcəsinə olan 3151,05 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 4500 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. Bununla bağlı Hacıqabul rayonu, Navahi kəndində yerləşən «Nur» istirahət mərkəzində olan 2 ədəd asma çardaq 4500 manat məbləğində qiymətləndirilmiş və siyahıya alınıb.
Reytinq: