Heqiqet.Az » hadise » Şəhid qızının ölümünü saxtalaşdırmağa cəhd edən polisin HƏBSİ İSTƏNİLDİ


Şəhid qızının ölümünü saxtalaşdırmağa cəhd edən polisin HƏBSİ İSTƏNİLDİ

24-05-2019, 11:47
Çap et
Şəhid qızının ölümünü saxtalaşdırmağa cəhd edən polisin HƏBSİ İSTƏNİLDİ Rüşvətə təhriketmə və dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Z.Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Həmçinin ittihamçı Zakir Məmmədov barəsində olan heç yerə getməməklə bağlı qətimkan tədbirinin dəyişdirilməsini və onun məhkəmə zalından həbs edilməsini tələb edib.
Proses iyunun 3-də davam edəcək.
Qeyd edək ki, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov bu zaman həyat yoldaşından 4 min manat pulu götürərək onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.
Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.
E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.
Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhriketmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
E.Xəlilov iş üzrə şahid qismində tanınır.
Xatırladaq ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Enur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır. Bu iş üzrə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır. E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.
Reytinq: