Heqiqet.Az » tehsil » Bu il heç bir abituriyent 700 bal toplaya bilmədi


Bu il heç bir abituriyent 700 bal toplaya bilmədi

31-05-2019, 21:45
Çap et
Bu il heç bir abituriyent 700 bal toplaya bilmədi Bu il Azərbaycanda ilk dəfə kurikulum sistemi ilə təhsil alan on birinci sinif şagirdləri ail məktəblərə imtahan verdilər. Bu ildən ali məktəblərə qəbul imtahanları da fərqli formatda həyata keçirildi.
Əvvəlcədən ekspertlər yeni qəbul sistemindən sonra abituriyentlərin 700 və ona daha yaxın nəticə göstərə biləcəyinin çətin olacağını proqnozlaşdırmışdılar. Lent.az -ın əməkdaşı ilə söhbət edən ekspertlər bunu kurikulum sisteminin bilik vermək baxımından əvvəlki sistemdən geridə qalması, eləcə də yeni qəbul formatının tam mənimsənilməməsi ilə əlaqələndirirdilər.
Artıq kurikulum sistemi ilə keçirilən ilk buraxılış və qəbul imtahanlarının nəticələri bəllidir. Qeyd edək ki, bu gün mayın 19-da keçirilən II və III qrup ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Proqnozlaşdırıldığı kimi də oldu: heç bir abituriyent maksimal nəticəni - 700 bal toplaya bilmədi.
Bununla bağlı sosial şəbəkədə təhsil eksperti Kamran Əsədov da paylaşım edib. O, müqayisə üçün ötənilki nəticəni də xatırladıb: “Mayın 19-da ll və lll ixtisas qrupu üzrə keçirilən imtahanda iştirak etmiş 35423 abituriyentdən heç kim maksimum nəticə göstərə bilmədi. Keçən il 700 bal toplayanların sayı 28, bu il isə 0-dır”, -deyə ekspert vurğulayıb.
Reytinq: