Heqiqet.Az » maraqli » Robot pəncərətəmizləyənlər


Robot pəncərətəmizləyənlər

1-06-2019, 20:17
Çap et
Robot pəncərətəmizləyənlər İsrailin "Skyline Robotics" startapı göydələnlərin pəncərələrini təmizləmək üçün robotlar hazırlayıb.
"Skyline Robotics" qurğusu endirici platforma şəklindədir. Platformaya insanların əvəzinə kompüter görmə sisteminin köməyilə işləyən "Kuka" adlı avtomatlaşdırılmış "əllər" bərkidilib.
Platforma hərəkət və maneələrin qeydə alınması datçikləri ilə təchiz edilib ki, bu da qurğunun açıq qoyulmuş pəncərələrlə toqquşmasını aradan qaldırmağa imkan verəcək. Bundan başqa, işə başlamazdan öncə qurğuya binanın 3D-modelini yükləmək lazımdır ki, alqoritmlər öncədən platformanın hərəkət marşrutunu qura bilsin.
Göydələnlərin pəncərələrinin yuyulması prosesinin avtomatlaşdırılması şirkətin insan əməyindən imtina etməsi demək deyil. "Skyline Robotics" şirkəti pəncərə təmizləyənləri işə götürməyə davam edəcək, ancaq indi onlar pəncərələri təmizləməklə həyatları ilə risk etməyəcək, sistemi uzaq məsafədən idarə edəcəklər.
Reytinq: