Heqiqet.Az » idman » Məşhur futbolçunun ölümünün təfərrüatları açıqlandı - Saatda 237 km sürət


Məşhur futbolçunun ölümünün təfərrüatları açıqlandı - Saatda 237 km sürət

4-06-2019, 10:35
Çap et
Məşhur futbolçunun ölümünün təfərrüatları açıqlandı - Saatda 237 km sürət İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında vəfat etməsinin təfərrüatları bəlli olub.
35 yaşlı sabiq futbolçu Almendralex bölgəsindən Utrerə gedən yolda "Mercedes" markalı maşının idarə etməsini itirib. Buna avtomobilin sürətinin 237 km/saat olan zaman təkərlərdən birinin partlaması səbəb olub. Maşın çox yüksəksürətdə olduğu üçün magistraldan çıxaraq, aşıbvə partlayıb. Məşhur futbolçunun əmisi oğlu da qəzada vəfat edib.
"Sevilya" yetirməsi olan Reyes "Arsenal", "Real", "Atletiko", "Benfika", "Espanyol" kimi klublarda çıxış edib.O, yanvar ayında İspaniya Sequndasında çıxış edən "Ekstremadura" ilə müqavilə imzalamışdı.
Reytinq: