Heqiqet.Az » tehsil » 220 saylı məktəb-liseyin 1ç sinif şagirdlərinin “1 iyun Uşaqların Müdafiə günü”nə həsr olunmuş “Düyməcik nağıl dünyamızda” adlı tamaşası göstərildi


220 saylı məktəb-liseyin 1ç sinif şagirdlərinin “1 iyun Uşaqların Müdafiə günü”nə həsr olunmuş “Düyməcik nağıl dünyamızda” adlı tamaşası göstərildi

4-06-2019, 16:18
Çap et
220 saylı məktəb-liseyin 1ç sinif şagirdlərinin “1 iyun Uşaqların Müdafiə günü”nə həsr olunmuş “Düyməcik nağıl dünyamızda” adlı tamaşası göstərildi  03.06.2019-cu il tarixində Nizami rayonu Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1ç sinif şagirdlərinin “1 iyun Uşaqların Müdafiə günü”nə həsr olunmuş “Düyməcik nağıl dünyamızda” adlı tamaşası göstərildi.
Bu tamaşada uşaqlar hüquqları, təhsilin, elmin faydası, uşaqların gələcək üçün önəmli olması ilə bağlı fikirlər, şeirlər söylədilər. şagirdlər səhnədə biri-birindən maraqlı səhnəciklər göstərib, şeir söyləyib rəqs etdilər. bu işlərdə sinif rəhbəri İnarə Qəniyevanın böyük əməyi var.
Şagirdləri arasında Zəhra Ağaverdiyeva öz rolları ilə xüsusi yer tuturdu. Inarə müəllimə şagirdlərinə elmi biliklərə yiyələnib ən yüksək nailiyyətlər əldə etməyi, vətənimizə, ailələrinə layiqli övladlar olmalarını, sağlam ömür, uğur dolu gələcək arzulayıb.
Tədbirdə məktəb-liseyin direktoru Lətifə Əzimova, direktor müavini Mehriban Məmmədova və sinif rəhbəri İnarə Qəniyeva iştirak ediblər.
220 saylı məktəb-liseyin 1ç sinif şagirdlərinin “1 iyun Uşaqların Müdafiə günü”nə həsr olunmuş “Düyməcik nağıl dünyamızda” adlı tamaşası göstərildi
Reytinq: