“Qəbələ” qrupda!28-08-2015, 10:15
Çap et "Qəbələ" ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb Dünən UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxıb. Roman Qriqorçukun yetirmələri tarixi uğura imza ataraq Ellada təmsilçisini mübarizədən kənarlaşdırıb. Səfərdə çıxış etməsinə baxmayaraq, çox möhtəşəm oyun nümayiş etdirən komanda oyunu 2:2 hesabıyla başa vurmağa nail olub. Nəticədə, "Qəbələ" tarixi ərzində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşması olub. UEFA Avropa Liqası Pley-off, cavab oyunları 27 avqust "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 2:2 QOLLAR: Markus Berq, 34, Nano, 79 - Dodo, 6; 60 Afina. Apoastolos Nikolaidis stadionu. Baş hakim: İvan Krujilak (Slovakiya) İlk oyun – 0:0 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Qəbələ" ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb