Heqiqet.Az » medeniyyet » “Dəli Kür”ün Mələyi 80 yaşını əməkdar artist kimi qeyd etmək istəmir


“Dəli Kür”ün Mələyi 80 yaşını əməkdar artist kimi qeyd etmək istəmir

17-06-2019, 16:14
Çap et
“Dəli Kür”ün Mələyi 80 yaşını əməkdar artist kimi qeyd etmək istəmir Bu gün Əməkdar artist Zemfira Sadıqovanın ad günüdür.
Aktrisa geniş tamaşaçı kütləsinə “Dəli Kür” filmindən Mələk obrazı ilə tanışdır.
Zemfira Sadıqova 1939-cu il iyunun 17-də Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) təhsil alıb. Uzun illədir “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 30-dan artıq bədii filmə çəkilib. Xalq artisti Yusif Vəliyevin həyat yoldaşı olub, iki övladları var.
Bu gün aktrisanın 80 yaşı tamam olur. Aktrisanın bu yaşını əməkdar artist kimi qarşılamasından narazılığı var.
Reytinq: