Heqiqet.Az » gundem » Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır


Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır

25-06-2019, 11:07
Çap et
Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması ilə bağlı baş verən hadisə hazırda aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komtəsindən məlumat verilib.
Komitədən bildirilib ki, iyunun 22-də “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfər (3-ü uşaq olmaqla) xəsarət alıb:
"Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu, ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük".
Bununla yanaşı, komitə tərəfindən valideynlərə yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına ciddi şəkildə riayət etmələri tövsiyə olunur. Valideynlərə yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların süni qidalardan rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmaları məsləhət görülür.
Reytinq: