Heqiqet.Az » tehsil » Bu gündən qabiliyyət imtahanları başlayır


Bu gündən qabiliyyət imtahanları başlayır

1-07-2019, 10:34
Çap et
Bu gündən qabiliyyət imtahanları başlayır Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları başlayır.
DİM-dən verilən məlumata görə, qabiliyyət imtahanları 1 - 14 iyul tarixlərində keçiriləcək.
İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.
V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.
Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.
Reytinq: