APOEL-"Qarabağ" matçının hakimləri AÇIQLANDI4-08-2019, 10:50
Çap et Avqustun 6-da Nikosiyadakı GSP stadionunda təşkil olunacaq qarşılaşmaya italiyalı hakimlər briqadasına həvalə olunub. POEL (Kipr) - "Qarabağ" (Azərbaycan) Baş hakim: Davide Massa Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya) Hakim-inspektor: Vladimir Antonov (Moldova) UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə) Beynəlxalq miqyasda hakimliyə 2014-cü ildə başlayan Massa indiyədək həm Kipr APOEL-i, həm də "Qarabağ"ın bir oyununu idarə edib. 38 yaşlı referi Kipr təmsilçisinin 2015/2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Vardar"la Makedoniyada keçirdiyi oyunda iş başında olub. Həmin görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Təcrübəli baş hakim ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduğu II tur matçında da fit çalıb. Massanın ilk oyunlarından biri isə 2014/2015 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"inin (indiki "Keşlə") İsveçdə "Elfsborq"a 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmaya təsadüf edib. Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
