» » Mərakeş kralını şantaj edən 2 jurnalist tutuldu


Mərakeş kralını şantaj edən 2 jurnalist tutuldu

28-08-2015, 15:23
Çap et
Mərakeş kralını şantaj edən 2 jurnalist tutuldu Fransada Mərakeş kralını şantaj etməkdə şübhəli bilinən iki fransalı jurnalist həbs edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Pres” məlumat yayıb.
“Jurnalistlər Erik Loran və Katrin Qrasye Mərakeş Krallığının nümayəndələri ilə görüşdükdən sonra həbs ediliblər. Görüşdə onlar kompromat xarakterli məlumatların yer aldığı kitabın çap edilməməsi üçün 3 mln avro alıblar”, deyə agentlik məlumat yayıb.
Reytinq: