Heqiqet.Az » dunya » Rusiya, Aİ və Ukrayna qaz danışıqlarına başlayır


Rusiya, Aİ və Ukrayna qaz danışıqlarına başlayır

28-08-2015, 12:27
Çap et
Rusiya, Aİ və Ukrayna qaz danışıqlarına başlayır Rusiya, Aİ və Ukrayna arasında təbii qaza dair üçtərəfli danışıqlar sentyabrın 11-də Vyanada keçirilə bilər
Avropa Komissiyası və Rusiya arasında təbii qaza dair sentyabrın 11-nə Vyanada planlaşdırılmış məsləhətləşmələrinə Ukrayna da qatıla bilər. Bu barədə Ukraynanın energetika naziri Vladimir Demçişin Vyana Aİ ilə apardığı məsləhətləşmələrin yekunlarına dair mətbuat konfransında bildirib.
“Bunun istisna olmadığını düşünürəm, bu yaxşı ideyadır”, deyə o bildirib və belə bir görüşün daha sonra da keçirilə biləcəyini əlavə edib.
Nazir əlavə edib ki, Ukrayna Avropa Komissiyasının köməyi ilə qış fəsli üçün gərək olan 19 mlrd kubmetr qaz toplaya biləcək.
Reytinq: