Qanunsuz heyvan kəsimi ilə bağlı şikayətlər var13-08-2019, 22:12
Çap et Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gün ərzində kəsim məntəqələrində prosesə nəzarət ediblər. Agentliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Aysel Fərziyeva deyib ki, vətəndaşlar tərəfindən quruma qanunsuz yerlərdə kəsimlə bağlı şikayətlər daxil olub. Kənd Təsərrüfatı Nazirliyi isə "Kənddən şəhərə" yarmarkalarında indiyədək internet vasitəsilə satılan heyvanların sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, yarmarkalarda 160-180 manat arasında sabit qiymətlərin olması digər satış yerlərində də qiymətlərin ucuzlaşmasına səbəb olub. Ancaq kəsim məntəqələrinə müraciət edənlərin sayı ilk günlə müqayisədə dəyişib. Biz də paytaxtın müxtəlif bölgələrində qurbanlıq heyvanların satış qiymətləri ilə maraqlandıq. Demək olar ki əksər yerlərdə qiymət eynidir. Qeyd edək ki, bayramın ikinci günü olsa da, heyvan satanlar qiymətlərdə heç bir endirim etmədiklərini deyiblər. Onlar heyvanları baha aldıqlarına görə qiymətlərdə sonradan endirim etməyin sərfəli olmadığını bildiblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
