Heqiqet.Az » hadise » Azərbaycan insan alverində təqsirləndirilən iki Türkiyə vətəndaşını axtarışa verib


Azərbaycan insan alverində təqsirləndirilən iki Türkiyə vətəndaşını axtarışa verib

13-08-2019, 22:28
Çap et
Azərbaycan insan alverində təqsirləndirilən iki Türkiyə vətəndaşını axtarışa verib Azərbaycan hüquq-mühafizə orqanları iki Türkiyə vətəndaşı barəsində axtarış elan edib.
Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşları - 1971-ci il təvəllüdlü Tarkan Gursen və 1992-ci il təvəllüdlü Doğan Solun insan alverində təqsirləndirilirlər.
Onların hər ikisi barəsində 2019-cu ildə axtarış elan olunub.
Reytinq: