Heqiqet.Az » dunya » Yaponiyaya yeni qasırğa yaxınlaşır


Yaponiyaya yeni qasırğa yaxınlaşır

13-08-2019, 22:31
Çap et
Yaponiyaya yeni qasırğa yaxınlaşır Bu il sayca onuncu qasırğa olan “Krosa” Yaponiyanın cənub-qərb sahillərinə yaxınlaşır.
Hazırda Taneqasima adalarından 500 kilometr məsafədə olan qasırğanın avqustun 15-də Yaponiyanın iri adalarına çatacağı gözlənilir.
Sinoptiklər qasırğanın leysan yağışlarla müşayiət olunacağını bildirib. Yaxın günlərdə qasırğanın tüğyan edəcəyi bölgələrdə 1000 millimetrədək yağıntının düşəcəyi gözlənilir.
Xatırladaq ki, ötən həftə Yaponiyanın cənub-qərbindən “Lekima” qasırğası keçib. Təbiət hadisəsi ilə əlaqədar onlarla aviareys təxirə salınıb.
Reytinq: