Heqiqet.Az » dunya » Böyük Britaniya İran gəmisini azad etdi - ABŞ-ın xahişini nəzərə almadı


Böyük Britaniya İran gəmisini azad etdi - ABŞ-ın xahişini nəzərə almadı

19-08-2019, 09:49
Çap et
Böyük Britaniya İran gəmisini azad etdi - ABŞ-ın xahişini nəzərə almadı Böyük Britaniya tərəfindən həbs olunan, lakin məhkəmənin qərarına əsasən azad edilən İranın "Grase-1” gəmisi bu axşam Hibraltarı tərk edib.
Bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninecad məlumat verib.
O bildirib ki, məhkəmə qərarı ilə 3 gün əvvəl azad edilən gəmi və ekipaj bu axşam Hibraltarı tərk edib. Səfir nəzərə çatdırıb ki, gəminin adı dəyişdirilərək "Adrian Dara” qoyulub. ABŞ-ın gəminin həbsdə saxlanılması haqqında təkidli xahişinə baxmayaraq məhkəmə beynəlxalq qanunlara əsasən qərar qəbul edib. Böyük Britaniya hökuməti də ABŞ-ın xahişinə əməl etməyib və gəmini həbsdə saxlamaqdan imtina edərək azadlığa buraxıb.
Reytinq: