Mənzildən pul oğurlayıb özünə maşın aldı4-09-2019, 16:41
Çap et Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail rayonu Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən oğurluq edilib. Zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsinə (RPİ) müraciət edədək evdə olmadığı müddətdə mənzildən 12 500 ABŞ dolları oğurlandığını bildirib. Polislər tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq istintaq-əməliyyat tədbirlərinə başlanılıb. Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Polis əməkdaşları M.Zülfüqarovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102"Zəng Mərkəzinə, Səbail RPİ-yə müraciət edə bilərlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
