Heqiqet.Az » maraqli » Məşhur aktyor üsyan etdi - Bəsdirin məni öldürdünüz


Məşhur aktyor üsyan etdi - Bəsdirin məni öldürdünüz

23-09-2019, 10:56
Çap et
Məşhur aktyor üsyan etdi - Bəsdirin məni öldürdünüz Məşhur Hollivud aktyoru Şon Bin, canlandırdığı bütün xarakterlərin sonda ölməsinə üsyan edib.
''Üzüklərin hökmdarı'' və ''Taxt-tac'' oyunları kimi seriallarda rol alan usta aktyor Bean qəribə paylaşım ilə gündəmə gəlib.
60 yaşlı akyor kino və televiziya dünyasının sevilən simalarından biridir. 90 dan artıq kino və serialda rol alan Binin canlandırdığı 23 xarakter ssenari əsasında öldürüləndən sonra, aktyora ''ölən adam'' ləqəbi qoyulub.
Hər kəsin sevərək izlədiyi ''Lord of rings'' də canlandırdığı Boromir xarakteri çoxlu ox zərbələri alaraq can verib. Heyranları bu hadisəni yenicə unutmuşdular ki, ekranların əfsanə serialı "Taxt-tac oyunları" da rol alan aktyor daha ilk sezonda başı kəsilərək öldürülüb.
Rol aldığı filmlərdə 23 dəfə ölən aktyor üçün maraqlı trol şəkillər hazırlanıb. Belə ki, Şon Bin şəkilinin üzərinə canlandırdığı ölən xarakterlərin təvəllüdü yazılıb.
Yaşananlardan sonra Bin ''artıq izləyici məni görən kimi, görəsən yenə hansı səhnədə öləcək'' deyə fikirləşirlər.
O, ''məni öldürməyin'' başlığı altında sosial mediyada maraqlı kompaniyaya başlayıb.
Reytinq: