Dünyanın ilk aşpaz robotu yaradıldı4-05-2015, 14:23
Çap et Londonun “Moley Robotics” şirkəti dünyada ilk aşpaz robotunu təqdim edib. “3dnews.ru” saytının verdiyi məlumata görə, bu robot mətbəx qaz avadanlığına birləşdirilmiş iki mexaniki əldən ibarətdir. O, reseptləri dəqiq təkrarlamağa proqramlaşdırılıb. Mətbəx robotu britaniyalı jurnalistlərə təqdim olunarkən hətta onlara 30 dəqiqə ərzində şorba da hazırlayıb. Yeni mətbəx robotu tam olaraq avtomatlaşdırılmayıb. Belə ki, o, işləyən zaman insan masanın üzərinə yeməyin bişirilməsi üçün lazım olan ləvazimatı ardıcıl qaydada düzməli və ya robota verməlidir. Bu robotun əsas problemlərindən biri də dadbilmə reseptorlarının olmamasıdır. Avadanlığın qurucuları mətbəx robotunun 2017-ci ildə kütləvi istehsalına başlayacağını deyirlər. Robotun ehtiyatında 2 mindən çox yeməyin resepti mövcuddur. Artıq bu robotun ilkin satış qiyməti də açıqlanıb - 15 min dollar! Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
