Demo Sayt » idman » Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb


Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb

30-09-2019, 12:17
Çap et
Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb Braziliyada keçirilən qadın futbolçular arasında "Flamenqo” – "Qremino” oyunu tarixə düşüb.
APA-nın məlumatına görə, Rio ştatının çempionatında baş tutan oyunda ev sahibləri 56:0 hesabı ilə qalib gəlib.
Bu, Braziliya çempionatlarında ən böyük hesabdır. Ümumilikdə isə "Flamenqo”nun qələbəsi futbol tarixində rəsmən qeydə alınan ikinci ən böyük nəticə olub.
Mütləq rekord Madaqaskar çempionatına məxsusdur. 2002-ci ildə "Adema” "Lemirn”i 149:0 hesabı ilə məğlub edib.
"Flamenqo”ya qədər ikinci sırada Avstraliya yığması qərarlaşmışdı. 2001-ci ildə baş tutan görüşdə avstraliyalılar Amerika Samoasını 31:0 hesabı ilə yenib.
Reytinq: