Heqiqet.Az » sou » Afaq qalmaqaldan danışdı: “Çaşma” - VİDEO


Afaq qalmaqaldan danışdı: “Çaşma” - VİDEO

31-08-2015, 17:56
Çap et
Afaq qalmaqaldan danışdı: “Çaşma” - VİDEO Qalmaqallı açıqlamaları ilə tanınan müğənni Afaq Aslan yaradıcılıq işlərindən danışıb. İfaçı bildirib ki, sözləri Altay Yaşara, musiqisi Fərahimə məxsus “Çaşma” adlı bəstəni oxuyub: “Bu mahnını eşitdiyim gündən bəyəndim və oxumağa razılıq verdim. Əsas da mahnının sözlərini özümə yaxın hiss etdim. Mahnıda deyilən sözlər məni şou-biznesdə gözü götürməyən bir neçə həmkarıma ismarışdır. Mənimlə düşmənçilik edən insanların çoxunun payını zamanla verəcəm. Bir çoxları adımı "qalmaqallı müğənni" qoyub. Başa düşə bilmirəm ki, insan özünü müdafiə edəndə və həqiqəti söyləyəndə qalmaqallı olur? Şou-biznesin bir neçə nümayəndəsi mənə qarşı qruplaşma yaradıblar. Həmin adamların cavablarını yaxın zamanda verəcəm. Onların adlarını açıqlayacam. Mənim kimdənsə çəkinəcəyim yoxdur. Öz işimlə məşğulam. Sentyabr ayında yaradıcılığımda tam fərqlilik olacaq. Bu gün təqdim etdiyim “Çaşma” adlı mahnı radiodalğalarda da səslənəcək”.

Reytinq: