15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı9-10-2019, 10:43
Çap et Hadisə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə məntəqəsinin yaxınlığındakı daş karxanasının qarşısında baş vermişdi. Sentyabrın 25-də Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin arxasında fəaliyyətdə olan daş karxanasının qarşısında qəsəbə sakinlərindən biri uzanmış vəziyyətdə naməlum şəxsi aşkarlayaraq ətrafdakılara məlumat verib. Həmin şəxs koma vəziyyətində təcili tibbi yardım briqadası tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. Araşdırmalar zamanı komatoz vəziyyətdə olan şəxsin Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu olduğu müəyyən edilmişdi. İlkin araşdırma zamanı məlum olub ki, Y.Bayramov daş karxanasında dəmir darvazanı açarkən darvaza aşaraq ona dəyib. Nəticədə o, koma vəziyyətinə düşüb. Y.Bayramov oktyabrın 7-də xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
