» » Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır


Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır

11-10-2019, 15:43
Çap et
Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır Baş Prokurorluq seçki proseduru ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır.
Bunu Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Belə şikayətlərin olmasını təbii hal sayan R.Usubovun sözlərinə görə, bələdiyyə seçkilərində hər bir kəs aktiv iştirak etməlidir: "İnanıram ki, bu seçkiləri də yüksək səviyyədə keçirəcəyik. Azərbaycan siyasi sistemində yerli özünüidarəetməyə xüsusi yer ayrılır. Qanunvericilikdə bələdiyyələrin vəzifələri, onların cəmiyyətdəki rolu müəyyən edilib. Bələdiyyələr bütün sahələrdə lazımi qurum olduğunu təsdiq edə biliblər".
Reytinq: