» » Məcburi köçkünün sosial yardımı mənimsənilib


Məcburi köçkünün sosial yardımı mənimsənilib

5-11-2019, 18:37
Çap et
Məcburi köçkünün sosial yardımı mənimsənilib Bərdədə vətəndaşın xəbəri olmadan ünvanlı sosial yardım kartından pul çəkilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Kəlbəcər rayon sakini, hazırda Bərdənin Otuzikilər kəndində yaşayan Sevindik İlyasovun başına gəlib.
O, bir neçə gün əvvəl ünvanlı sosial yardım pulunun oktyabr ayına hesablanmış məbləgini almaq üçün kartını bankomata salıb. Lakin kartında pulun olmadığını görüb. Başına gələn hadisədən sonra o, bank əməkdaşlarına müraciət edib.
Sevindik İlyasov deyir ki, 8 aydır ünvanlı sosial yardım alır. Belə vəziyyət ilə birinci dəfədir rastlaşır.
Reytinq: