Azərbaycanda 40 minə yaxın kənd təsərrüfatı mülkiyyətçisi vergi uçotuna alınmaqla bağlı ərizə təqdim edib6-11-2019, 17:19
Çap et Vergilər Nazirliyindən verilən məlumata görə, bunu Ağcabədidə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə həsr olunmuş zona müşavirədə çıxış edərkən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini kənd təsərrüfatının mövcud potensialından daha səmərəli şəkildə istifadə olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblərə, mövcud problemlərin aradan qaldırılması istiqamətində vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər mühüm məsələlərə toxunub. O bildirib ki, aqrar sahədə uçotun və hesabatlılığın hazırkı səviyyəsi qənaətbəxş hesab edilə bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulması və şəffaflığın təmin olunmasıdır. S. Ələkbərovun sözlərinə görə, qeydiyyatda olan bir çox vergi ödəyicilərinin uçot məlumatları dəqiqləşdirilib. Vurğulanıb ki, uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması son məqsəd deyil və şəffaf uçot sisteminin qurulması istehsal olunan kənd təsərrüfatı məhsullarının real həcmi barədə düzgün məlumatların əldə edilməsinə, mövcud kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının səmərəliliyinin artırılmasına, dövlət tərəfindən ayrılan subsidiyaların, yardımların, kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilən kreditlərin yalnız məhsul istehsalçılarının fəaliyyətinin genişləndirilməsinə sərf olunması hesabına istehsalın həcminin daha böyük templərlə artırılmasına və nəticə etibarilə bu sahədə çalışanların rifahının yüksəldilməsinə nail olunmasına xidmət etməlidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
