» » Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı


Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı

10-11-2019, 20:22
Çap et
Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır.
Kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: "Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir" deyə o bildirib.
Kansler əlavə edib ki, Almaniyanın təhlükəsizliyi Bundesverin(Almaniyanın silahlı qüvvələri) iştirakı ilə təmin olunur, buna görə silahlı qüvvələr inkişaf üçün lazımı maliyyə mənbələrini almalıdırlar.
Reytinq: